Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Oktyabr 2024 13:12
Bu gün İranın ali lideri Seyid Əli Xamenei Tehranda cümə moizəsi mərasimini özü keçirəcək.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, paytaxt əhalisi mərasimdə iştirak etmək üçün İmam Humeyni məscidinə toplaşıb.
Ölkə Prezidenti Məsud Pezeşkian və digər rəsmi şəxslər də tədbirdə iştirak edir.
Cümə namazından əvvəl İsrailin Livana avizərbələri nəticəsində ölən "Hizbullah" hərəkatının lideri Həsən Nəsrullah üçün anım mərasimi təşkil edilib.
KİV-in məlumatına görə, bu, Xameneinin 5 ildən sonra ilk moizəsi olacaq. O, sonuncu dəfə 2020-ci ilin yanvarında cümə moizəsinə başçılıq edib. Bu, İslam İnqilab Keşikçiləri Korpusunun komandiri Qasım Süleymaninin ABŞ-nin Bağdada zərbəsi nəticəsində ölümündən sonra baş vermişdi.