Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Oktyabr 2024 19:24
İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Beyrut ərazisində Hizbullah qərargahı və hərbi obyektlərinə yeni hücumlar həyata keçirib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
"İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Beyrut ərazisində Hizbullahın komandanlıq mərkəzlərinə və terror infrastrukturuna dəqiq zərbələr endiriblər", - deyə ordunun bəyanatında bildirilib.
Qeyd edək ki, bu gün Beyruta endirilən zərbələr nəticəsində SEPAH-ın Qüds qanadının komandiri İsmayıl Qaani yaralanıb.