Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tramp söz verdi: ''Seçilsəm, Marsa enəcəyik''

Tramp söz verdi: ''Seçilsəm, Marsa enəcəyik''

Tarix: 7 Oktyabr 2024 00:14

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Pensilvaniya ştatının Butler şəhərində keçirilən seçki kampaniyası zamanı prezident seçiləcəyi təqdirdə amerikalı astronavtların Marsa enəcəklərinə söz verib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Tramp bu barədəki vədini təkrarlayıb.

O, seçki kampaniyası zamanı vurğulayıb: "Biz Marsa mənim səlahiyyət müddətimin sonuna qədər çatacağıq".

Qeyd edək ki, tədbirdə "SpaceX"in sahibi, amerikalı sahibkar İlon Mask da iştirak edib. "Bizi kosmosun tədqiqi üzrə dünya çempionatlığı gözləyir", - deyən Tramp Maska təşəkkür edib.

Milli.Az


Etiketlər:  Tramp söz verdi Seçilsəm Marsa enəcəyik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ