Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İsrail yenə nəsə etsə, İranın cavabı daha sərt olacaq''

''İsrail yenə nəsə etsə, İranın cavabı  daha sərt olacaq''

Tarix: 7 Oktyabr 2024 18:46

"İsrail İrana qarşı yenidən nəsə edərsə, Tehranın cavabı asimmetrik olacaq".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali Rusiyanın "Rossiya-24" telekanalına müsahibəsində bildirib.

"Biz hər hansı sonrakı hadisələrlə bağlı cavab verdik: həm İranın Baş Qərargah rəisi, həm İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) komandanı, həm xarici işlər naziri, həm də prezident bəyanat verdi, onların mövqeyi eynidir: əgər İsrail tərəfindən hər hansı bir hərəkət olarsa, bizim cavabımız daha sərt olacaq", - deyə səfir bildirib.

Cəlali vurğulayıb ki, İsrail və Qərb ölkələri İranın təmkinliliyini düzgün qiymətləndirməyiblər, çünki İran öz ölkəsini və maraqlarını qorumaq üçün bütün imkanlara malikdir.

"İran İsrailin hərəkətlərinə cavab tədbirlərində təmkinli olmaqla Qərbə Yaxın Şərqdəki böhranı dayandırmaq imkanı verirdi. Lakin Qəzza, Livan və Suriyada qətllər, dağıntılar artdı, həmçinin İsrailin İrana qarşı təhdidləri gücləndi".

O, İsrailin yalnız güc dilini başa düşdüyünü qeyd edib.

"Bu rejimi nə vaxtsa dayandırmaq lazımdır. Belə bir vəziyyətdə sionist rejiminin Yaxın Şərq regionunda mövcudluğu region ölkələri, o cümlədən İran İslam Respublikası üçün təhlükəli vəziyyət yaradıb ki, burada öz gücünə güvənməkdən başqa yol yoxdur", - deyə səfir əlavə edib.

Onun sözlərinə görə, beynəlxalq sistem böhranların həllində səmərəliliyini itirib. Cəlali əlavə edib ki, İran və Rusiya üçün təhlükəsizlik sahəsində gərginlik Qərbin xeyrinədir.

Milli.Az


Etiketlər:  İsrail yenə nəsə etsə İranın cavabı daha sərt olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ