Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrandan İsrailə: Müttəfiqlərinə de, tabut göndərsinlər!

İrandan İsrailə: Müttəfiqlərinə de, tabut göndərsinlər!

Tarix: 7 Oktyabr 2024 22:18

İsrail İranın yəhudi dövlətinə qarşı son raket hücumuna cavab vermək qərarına gələrsə, İrandan "cəhənnəm" cavabı alacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri İbrahim Əzizi deyib.

"Əgər sionist rejim (İsrail - red.) yenidən səhv esə, hər hansı tədbir görməzdən əvvəl ona tabut ehtiyacını müttəfiqlər hesabına təmin etməyi tövsiyə edirik. İranın milli təhlükəsizliyinə qarşı istənilən addım cəhənnəm və ağrılı cavab alacaq. Əgər sionist rejim İranın təhlükəsizliyinə zərər vurmaq istəsə, biz onu heç bir yerdə, hətta gizləndiyi siçan deşiyində belə təhlükəsiz hiss edə bilməyəcək hala gətirəcəyik", - deyə İbrahim Əzizi İran mediasına açıqlamasında bildirib.

Qeyd edək ki, İran 1 oktyabrda İsrailə kütləvi raket hücumu həyata keçirib. İsrailin cavab verəcəyi gözlənilir.

Milli.Az


Etiketlər:  İrandan İsrailə Müttəfiqlərinə tabut göndərsinlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ