Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrəvan Moskvada nazirlərin bəyanatından imtina etdi

İrəvan Moskvada nazirlərin bəyanatından imtina etdi

Tarix: 7 Oktyabr 2024 22:54

Ermənistan MDB Xarici İşlər Nazirləri Şurasının bu gün keçirilən iclasında "Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri" və "beynəlxalq münasibətlərdə birtərəfli tədbirlərin yolverilməzliyi" ilə bağlı bəyanatlara qoşulmayıb.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat yayıb.

Qeyd edək ki, bu gün Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib. Ermənistan XİN başçısı Ararat Mirzoyan iclasda iştirak edib.


Etiketlər:  İrəvan Moskvada nazirlərin bəyanatından imtina etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ