Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Şadam ki, qardaşım artıq əziyyət çəkmir'' - Madonna

''Şadam ki, qardaşım artıq əziyyət çəkmir'' - Madonna

Tarix: 8 Oktyabr 2024 07:05

Xəbər verdiyimiz kimi, dünyaca məşhur pop ifaçı Madonnanın qardaşı Kristofer Ciccone xərçənglə uzun sürən mübarizədən sonra 63 yaşında vəfat edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı soail media hesabında bununla bağlı yazıb. O, qardaşı ilə arxiv fotolarını yayımlayaraq bunları qeyd edib:

"Qardaşım Kristofer artıq yoxdur. O, uzun müddət mənim üçün ən yaxın adam idi. Bizim əlaqəmizi izah etmək çətindir. Ac heyvanlar kimi incəsənəti, musiqini və kinonu udduq. Hər şeyin mərkəzində idik. Qardaşımın qüsursuz zövqü və iti dili var idi. Bunu bəzən mənə qarşı istifadə edirdi, amma onu həmişə bağışlamışam. Biz birlikdə ən yüksək zirvələrə qalxdıq. Son bir neçə il asan olmadı. Bir müddət danışmadıq, amma o, xəstələnəndə bir araya gəldik. Onu mümkün qədər uzun müddət yaşatması üçün əlimdən gələni etdim. Sona doğru çox ağrıyırdı. Onun daha əziyyət çəkmədiyinə görə şadam. Onun kimisi heç vaxt olmayacaq. Mən onun haradasa rəqs etdiyini bilirəm".

Qeyd edək ki, ötən il Madonnanın küçədə yaşayan böyük qardaşı Entoni Cerard Cikkon isə 66 yaşında vəfat edib.

Milli.Az


Etiketlər:  Şadam qardaşım artıq əziyyət çəkmir Madonna


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ