Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur “qanuni oğru”nun həbsxanada meyiti tapıldı

Məşhur “qanuni oğru”nun həbsxanada meyiti tapıldı

Tarix: 10 Oktyabr 2024 10:40

"Qanuni oğru", daha çox Lexa Semipalatinski kimi tanınan Aytkali Maymuşev cəzasını çəkdiyi ciddi rejimli həbsxanada meyiti tapılıb. Bu barədə Prime Crime məlumat yayıb.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, Qazaxıstanın 66 yaşlı baş "qanuni oğru"su 2023-cü ilin dekabrından Kareliya Respublikasının Nadvoitsı kəndindəki islah əmək müəssisəsində olub. 2023-cü il iyulun 10-da Moskva şəhər Məhkəməsi onu cinayətkar statusu və qanunsuz narkotik saxlama ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edib.

Maymuşev Qazaxıstanın ən yaşlı "qanuni oğru"su hesab olunur.

O, kriminal ləqəb alıb və 1997-ci ildə taclandırılıb, bundan sonra o, kriminal ideyaları təbliğ etməyə və onların altında cinayətkarları toplamağa başlayıb. 


Etiketlər:  Məşhur qanuni oğrunun həbsxanada meyiti tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ