Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail nəşri Zəngəzuru Azərbaycan ərazisi kimi tanıdı

İsrail nəşri Zəngəzuru Azərbaycan ərazisi kimi tanıdı

Tarix: 10 Oktyabr 2024 17:21

Zəngəzur nəqliyyat dəhlizi təşəbbüsü beynəlxalq oyunçular, o cümlədən İsrail üçün geniş təsirləri olan Cənubi Qafqazın geosiyasi dinamikasının kritik elementinə çevrilib. Təklif olunan dəhliz Qərbə qarşı mübarizədə müttəfiq olan Rusiya və İran arasında mühüm ayrılma nöqtəsidir.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Jewish News Syndicate" nəşrində dərc olunan məqalədə bildirilib.

"Zəngəzur marşrutu Azərbaycanı Ermənistan ərazisindən keçməklə Azərbaycanın anklavı olan Naxçıvanla birləşdirəcək. 1868-ci ildə Rusiya imperiyasının yaratdığı əyalət olan bu əraziyə Ermənistanın da, Azərbaycanın da iddiası var. 1919-cu ilin yanvarında o vaxt Azərbaycan üzərində mandata malik olan Britaniya Zəngəzur dəhlizi üzərində Azərbaycanın yurisdiksiyasını təsdiqləyib. Lakin 1920-ci ildə Sovet hakimiyyəti bölgəni nəzarətə götürdü və Azərbaycanla onun Naxçıvan eksklavı arasında quru əlaqəsini kəsərək ərazini yenidən Ermənistan Sovet Respublikasına verdi", - məqalədə bildirilib.

Qeyd edək ki, 1920-ci ilin yanvarın 11-də Paris sülh konfransında müstəqilliyimiz tanınarkən qəbul edilən xəritədə Zəngəzur və Göyçə Azərbaycan ərazisi kimi təsdiqlənib. Həmin xəritə hazırda Parisdə saxlanılır.


Etiketlər:  İsrail nəşri Zəngəzuru Azərbaycan ərazisi kimi tanıdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ