Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Belə şeylər mənə ''vız gələr''''

''Belə şeylər mənə ''vız gələr''''

Tarix: 10 Oktyabr 2024 17:50

Bu gün "Rəngarəng" verilişində qonaq olan Vəfa Şərifova qalmaqal yaşadığı həmkarı Afət Fərmanqızını məhkəməyə verdiyini açıqlayıb.

Sonxeber.net bildirir ki, məsələ İlə bağlı azxeber.com- a danışan Afət Fərmanqızı həmkarının bu addımını ciddiyə almadığını bildirib.
 
Afət, məhkəmə olarsa, bundan narahatlıq duymadığını dilə gətirib:
 
"Mən dünya şöhrətli Flora xanım ilə mahkəmələr görmüş insanam. Qaldı ki, Vəfaya, o, və onun kimilər mənim üçün çox xırda məsələdir. Onun üçün zaman itirib açıqlama verməyə belə dəyməz. Ona görə də belə şeylər mənə "vız gələr"". 
 
Müğənni bildirib ki, bu Vəfanın növbəti reklam oyunudur:
 
"Hətta ona yaxın adamlar mənə zəng edib bildirdilər ki, bu efirdə reklam xatirinə elə-belə deyilmiş sözdür. Heç bir məhkəmə falan yoxdur. Mən də dedim ki, guya olsa nə olacaq ki? Buyursun versin, heç bir problem yoxdur".
 
Daha sonra müğənni qalib olduğu məhkəmənin sənədini redaksiyamıza təqdim edib.


Etiketlər:  Belə şeylər mənə vız gələr


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ