Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Üç-dörd ilə miqrantlar ölkəmizə qayıdacaq - Kobaxidze

Üç-dörd ilə miqrantlar ölkəmizə qayıdacaq - Kobaxidze

Tarix: 10 Oktyabr 2024 20:38

Gürcüstana miqrantların qayıdışı təxminən üç-dörd ildən sonra başlayacaq.

Sonxeber.net Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze bildirib.

"Əminəm ki, bir neçə ildən sonra Gürcüstana miqrantların fəal qayıdış prosesi başlayacaq. Bunun əsas açarı iqtisadiyyatın inkişafıdır. Miqrantların vətənə qayıtması əsas prioritetlərdən biridir və bu tapşırığın yerinə yetirilməsi ciddi çətinliklərlə müşayiət olunur", - Kobaxidze deyib.

Gürcüstan Statistika Komitəsinin məlumatına görə, son 10 ildə ölkədən 779,2 min insan çıxıb, 534,3 min insan isə geri dönüb.


Etiketlər:  Üç dörd ilə miqrantlar ölkəmizə qayıdacaq Kobaxidze


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ