Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur jurnalın üz qabığında fotosu olacaq

Məşhur jurnalın üz qabığında fotosu olacaq

Tarix: 12 Oktyabr 2024 23:30

Oktyabr ayında amerikanın məşhur "The New Yorker" jurnalının üz qabığında rusiyalı müxalif siyasətçi Aleksey Navalnının portreti yer alıb.

Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə nəşrin saytında xəbər verilib.

Qeyd olunur ki, buraxılış oktyabrın 21-də işıq üzü görəcək. Nəşrdə Navalnının son illərdə həbsdə yazdığı gündəliklərindən bir parça dərc olunacaq.

Bildirilib ki, Navalnının portretini rəssam Oven Smit çəkib.

Qeyd edək ki, A.Navalnı bu il fevralın 16-da cəzaçəkmə müəssisəsində özünü pis hiss edib. Hadisə yerinə gələn həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Siyasətçinin tromb yaranması səbəbindən öldüyü ehtimal edilirdi. O, martın 1-i Moskvada dəfn olunub.

Xatırladaq ki, Aleksey Navalnı 2021-ci il yanvarın 17-də fırıldaqçılıq və hakimi təhqir etməsi ittihamı ilə həbs edilmiş, 2023-cü ilin avqustunda 19 il müddətinə azadlıqdan məhrum edilmişdi.


Etiketlər:  Məşhur jurnalın qabığında fotosu olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ