Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Erlinq Haaland biabırçı məğlubiyyətə görə üzr istədi

Erlinq Haaland biabırçı məğlubiyyətə görə üzr istədi

Tarix: 15 Oktyabr 2024 00:06

İngiltərə çempionu "Mançester Siti"nin 24 yaşlı norveçli hücumçusu Erlinq Haaland Millətlər Liqasının 4-cü turunun oyununda Avstriya yığmasına 1:5 hesabı ilə məğlubiyyətə görə üzr istəyib.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, Norveç millisinin yeganə qolunu "Atletiko"nun hücumçusu Aleksandr Serlot vurub.

"Hər kəsdən bağışlanma diləyirəm. Mənim tərəfimdən çox pis oyun oldu. Noyabrda biz 6 xal qazanmağa çalışacağıq", - Haaland "Instagram" səhifəsində yazıb.

Noyabrda Norveç Millətlər Liqasında Sloveniya və Qazaxıstan komandaları ilə qarşılaşacaq.


Etiketlər:  Erlinq Haaland biabırçı məğlubiyyətə görə üzr istədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ