Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Simonyan ermənilərə şad xəbər verdi: Bakı ilə razılaşdıq...

Simonyan ermənilərə şad xəbər verdi: Bakı ilə  razılaşdıq...

Tarix: 15 Oktyabr 2024 15:48

Azərbaycan və Ermənistan sülh sazişi üzrə 16 bənd üzrə tam razılığa gəlib.

Sonxeber.net publika.az-a istinadla xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan Parlamentlərarası İttifaqın 149-cu Assambleyasının ümumi müzakirələrində çıxışında deyib.

Simonyan bildirib ki, sülh prosesi bir neçə ay əvvəl ciddi şəkildə başlayıb.

"Azərbaycan beynəlxalq səviyyədə tanınmış 5 bənd üzrə razılaşmamızı istəyirdi, mən şadam ki, bu gün biz 16 bənd üzrə tam razılığa gəldik. Xanımlar və cənablar, yaxşılar artıq yaxşıların düşməni olmamalıdır. Sülh bərqərar etməyin vaxtı gəldi. Sülh vaxtıdır", - Simonyan bildirib.


Etiketlər:  Simonyan ermənilərə şad xəbər verdi Bakı ilə razılaşdıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ