Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2024 11:50
ABŞ silahlı qüvvələri Yəməndə husilərin nəzarəti altında olan beş silah anbarına hücum edib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin deyib.
"ABŞ Mərkəzi Komandanlığı qüvvələri, o cümlədən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-2 bombardmançıları Yəməndə İranın dəstəklədiyi husilərin silah anbarlarına çoxsaylı zərbə endirib. Bu zərbələr husilərin sabitliyi pozmaq üçün potensialını azaldacaq və Amerika ordusunun təhlükəsizliyini təmin edəcək", - o bildirib.
Ostin vurğulayıb ki, Vaşinqton Qırmızı dənizdəki gəmilərə hücumları dayandırmaq üçün addım atmaqdan çəkinməyəcək.