Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2024 06:20
Havalar soyuyandan bəri təmir-tikinti materialları bazarında durğunluq yaşanır.
Satıcıların sözlərinə görə, son günlər bazarda alıcı qıtlığı var. Amma alıcı azlığı adətən qiymətlərin ucuzlaşması ilə nəticələnsə də, bu dəfə elə olmayıb.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, sahibkarlar deyirlər ki, tikintidə ən çox istifadə edilən taxtaların qiyməti artıb.
Sahibkar Vüqar Əzimov bildirir ki, bahalaşan əsasən yaş taxtalardır. Bir kisə sementin qiyməti isə 7 manat 50 qəpikdən 8 manata kimi qalxıb. Xırdavat tikinti materiallarında isə artım demək olar ki, yoxdur. Tollar 12-18 manat, mismarın kiloqramı isə 2-3 manat arasındadır. Armaturların qiymətləri də dəyişməz olaraq qalır.
Həmçinin alçipan qiymətləri də dəyişməyib. Bununla belə, istehsalçıya görə material ucuz və baha ola bilər. Alçipan qiymətləri əsasən 6-11 manat arasındadır.
Ucuzlaşan tikinti materialları içərisində isə dam örtükləri var. Satıcıların sözlərinə görə, ciddi endirim etsələr də, tələbatı artıra bilməyiblər.
Döşəmə materiallarının qiymətlərinə gəlincə isə, satıcılar dedilər ki, laminatlar 10 manat 50 qəpikdən başlayır. Parketlərin 1 kvadratmetri isə 35-120 manat arasında dəyişir.
Sonxeber.net xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir: