Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

““Çiko”nun içindən siqaret kötüyü çıxdı” - FOTO

““Çiko”nun içindən siqaret kötüyü çıxdı” - FOTO

Tarix: 18 Oktyabr 2024 19:35

Aktrisa Ləman Mərrih paylaşımı ilə diqqət çəkib.

Sonxeber.net olay-a istinadən bildirir ki, Ləman marketdən aldığı  günəbaxan tumlarının içindən  siqaret kötüyü çıxdığını deyib:

"Belə bir şey paylaşmaq istəməzdim, amma düşünürəm ki, bu qədər də olmaz! Bu tumların içindən hər gün ya daş, ya da daşlaşmış topa duz çıxırdı. Fikir vermirdim. Bu gün içindən kiminsə siqaret kötüyü çıxıb!

Bu tumlar birbaşa yuyulmadan, istehlakçının ağzına gedir, siz nə edirsiniz, "Çiko tumları" ?! Yaxınlarım bilirlər ki, ümumiyyətlə siqaret çəkmirəm. Yəni, mənim öz siqaretimin kötüyü olması mümkün deyil. Bu, birbaşa paketin içindən çıxıb. Artıq nə almaq lazım olduğunu, kimə güvənmək lazım olduğunu bilmirəm".


Etiketlər:  Çikonun içindən siqaret kötüyü çıxdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ