Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bekhemlərin qızı seçiminə görə tənqid olundu - FOTO

Bekhemlərin qızı seçiminə görə tənqid olundu - FOTO

Tarix: 20 Oktyabr 2024 21:32

Futbolçu Devid Bekhem və dizayner Viktoriya Bekhemin qızı Harper peşə seçiminə görə tənqidlərə məruz qalıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, şərhlər "Daily Mail" saytında dərc olunub.

Belə ki, 13 yaşlı Harper Nyu-Yorkda anasının "Reverie" adlı ətirinin təqdimat mərasimində iştirak edib. Tədbirin qonaqlarına arzularını kağız parçalarına yazmaq və divardan asmaq təklif olunub.

Bekhemlərin qızı böyüyəndə öz brendini yaratmaq istədiyini yazıb. O, həmçinin hamının xoşbəxt olmasını diləyib.

"Daily Mail" oxucuları isə "Hədəfsiz yaşayan başqa bir Bekhem uşağı - sadəcə atasının pulu və həyatın mənasını tapmaq üçün bir neçə cəhd...", "Bizi başqa bir heyrətamiz Bekhem nəslindən xilas et!", "Bəs təhsil?", "Barmağını belə qaldırmağa ehtiyacı olmayan uşaq" deyə şərhlərdə yazıblar.

Xatırladaq ki, Devid və Viktoriya Bekhem 1997-ci ildə tanış olublar. Cütlük 1999-cu ildə Viktoriyanın 22, Devidin isə 21 yaşı olanda evləniblər. Toy mərasimi İrlandiyanın Dublin şəhərində baş tutub. Cütlüyünün Bruklin (25), Romeo (21), Kruz (19) və Harper (13) adlı uşaqları var.


Etiketlər:  Bekhemlərin qızı seçiminə görə tənqid olundu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ