Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lavrov “olmalıdır” dedi, ancaq Türkiyəni “unutdu”

Lavrov “olmalıdır” dedi, ancaq Türkiyəni “unutdu”

Tarix: 20 Oktyabr 2024 22:02

Hindistan, Braziliya kimi ölkələr və onlarla birlikdə Afrika nümayəndələri çoxdan Təhlükəsizlik Şurasının daimi əsasda üzvü olmalıdırlar.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Arqumenti i Faktı" nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, BMT TŞ-də "dünya çoxluğunun təmsilçiliyini" təmin etmək lazımdır.

Qeyd edək ki, bazırda BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü var: Rusiya, ABŞ, Fransa, Böyük Britaniya və Çin. Buna qarşı ən ciddi tənqidlər səsləndirən isə Türkiyə Prezidenti Ərdoğandır. Onun "Dünya 5-dən daha böyükdür" sözləri artıq siyasi gündəmə çevrilib.

Buna baxmayaraq, lavrov Hindistanın, Braziliyanın, hətta Afrika ölkələri nümayəndələrinin BMT TŞ-nin daimi üzvü kimi adını çəksə də, 350 milyonluq türk millətinin təmsilçiliyini "unudub".


Etiketlər:  Lavrov olmalıdır dedi ancaq Türkiyəni unutdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ