Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dönər alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Dönər alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Tarix: 21 Oktyabr 2024 09:00

Zaqatala, Qazax, sonra da Tovuz...

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, son zamanlarda bu bölgələrdə dönərdən kütləvi zəhərlənmə halları baş verib.

Paytaxtda da "2, 3, 4 manata", "tələbələrə 15 faiz endirimlə", "dönər alana ayran hədiyyə" kimi təkliflərə az qala hər addımda rast gəlinir. Qiymət baxımından da hər kəsin büdcəsinə uyğun olan bu dönərlər təhlükəlidirmi?

Maraqlıdır, bəs alıcılar dönər alarkən nələrə diqqət edirlər?

Qastroenteroloq Sevindik Arazov deyir ki, dönərdən zəhərlənmə bir neçə səbəbdən baş verə bilər. Burada ətin keyfiyyəti ilə yanaşı, qatılan məhsulların saxlanma şəraiti də önəmli rol oynayır.

Qida Təhlükəsizliyi İnsitutunun sektor müdiri Aynur Həsənova isə qeyd edib ki, dönərin çiy əti qeydiyyata alınmış və təsdiqlənmiş kəsim və ya satışla məşğul olan məntəqələrdən alınmalı, baytarlıq- sanitariya ekpertizasından keçməlidir.

Sektor müdiri qeyd edib ki, ət kəsimi alətlərinin və dönərin hazırlanmasında istifadə olunan avadanlıqların təmizliyi də xüsusi əhəmiyyət daşıyır.

Sonxeber.net xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:


Etiketlər:  Dönər alarkən nələrə diqqət edilməlidir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ