Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artisti yayılan videolarına görə DİN-ə müraciət etdi - FOTO

Xalq artisti yayılan videolarına görə DİN-ə müraciət etdi - FOTO

Tarix: 21 Oktyabr 2024 14:15

Xalq artisti Mənsum İbrahimov sosial mediada ona qarşı aparılan qarayaxma kampaniyalarına münasibət bildirib. 

Sonxeber.net bildirir ki, bu barədə o modern.az-a məlumat verib. Xalq artisti sosial şəbəkələrdə ona qarşı məqsədli qara piar kampaniyası aparıldığını və bununla bağlı Kibercinayətkarlıqla Mübarizə İdarəsinə və digər dövlət orqanlarına müraciət etdiyini deyib. 

"Mənə aid olmayan videomaterialları qəsdən yayan, sosial şəbəkələrdə səsimi montajlayaraq tirajlayanlar qanun qarşısında cavab verəcəklər" - deyə Mənsum İbrahimov vurğulayıb. 
 
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə Mənsum İbrahimovun 2000-ci illərin əvvələrində çəkildiyi bildirilən muğam təsnifinin xaric oxuması iddiası ilə bağlı görüntülər, Canəli Əkbərovun isə Xalq artisti haqqında tənqidi çıxışı və digər bu qəbildən olan videolar yayılıb.


Etiketlər:  Xalq artisti yayılan videolarına görə DİN müraciət etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ