Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Albaniyanın keçmiş prezidenti saxlanıldı

Albaniyanın keçmiş prezidenti saxlanıldı

Tarix: 21 Oktyabr 2024 20:04

Albaniyanın keçmiş prezidenti İlir Meta Korrupsiya və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Xüsusi Prokurorluğun (SPAK) qərarı ilə saxlanılıb.

Sonxeber.net report-a istinadən xəbər verir ki,bu barədə "Koha" nəşri məlumat yayıb.

"SPAK İ.Metanın əmlakı ilə bağlı araşdırma aparıb. O, əmlakı gizlətməkdə, korrupsiyada və "çirkli pullar"ın yuyulmasında şübhəli bilinir. Sabiq prezidentin bu səbəbdən saxlanıldığı ehtimal olunur", - deyə məlumatda qeyd edilib.

İ.Meta iyunun ortalarında ailəsinin əmlakı ilə bağlı xüsusi prokurorluğun müstəntiqlərinə ifadə verərək heç vaxt maliyyə məsələləri ilə məşğul olmadığını bildirib.

O, 2017-2022-ci illərdə Albaniya prezidenti olub.


Etiketlər:  Albaniyanın keçmiş prezidenti saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ