Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Məkanda iki xanım oturub, əllərində telefon, 2 saat...''

''Məkanda iki xanım oturub, əllərində telefon, 2 saat...''

Tarix: 21 Oktyabr 2024 20:25

"Telefonla danışırsan, adama elə gəlir ki, dünən görüşmüsən. Bu yaxınlarda bir məkanda oturmuşdum, gördüm iki xanım oturub, əllərində telefon. 2 saat biri də baş qaldırıb birinin üzünə baxmadı. Telefon yaxşı şeydi, amma ünsiyyət də gözəldir. Təcrid olursan hər şeydən. Mesaj yazışmalarında lüğətimizə, qramatikamıza yad hərflərdən istifadə olunur".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "İncə səhər" verilişində deyib. Müğənni telefonun insanlar arasında ünsiyyəti azaltmağından danışıb.

V.Məhərrəmli aparıcı Vüsalə Əlizadənin "Dəyişmirsən" sözlərinə "Axşamlar soyuducuda yatıram" cavabını verib. 

Etiraflar edən müğənni "Hüzur sevən adamam. Nə olursa olsun anında gülə, ağlaya bilərəm. Vüsalənin verilişdən çıxıb, yolboyu ağlaya-ağlaya getməsinin şahidi olmuşam" sözlərini söyləyib.


Etiketlər:  Məkanda xanım oturub əllərində telefon saat


RƏYLƏR