Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2024 22:52
"23 ildir mövcud olan "Vikipedia"da Azərbaycan şəhidləri haqqında məqalələr birdən-birə silinib. Bu səbəbdən həmin məqalələr platformanın tələblərinə, qaydalarına uyğun şəkildə hazırlanmalıdır".
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, bu sözləri Parlamentin plenar iclasında deputat Fazil Mustafa deyib.
"Minatəmizləmə haqqında" qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deputat Razi Nurullayev mina təmizləyən zaman həlak olanlara şəhid statusu verilməsi təklifi ilə çıxış edib.
Minatəmizləmə Agentliyinin əməkdaşlarına güzəşli ipoteka kreditlərinin verilməsi də təklif olunub.
Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədov isə "Uşaq hüquqları haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı bağçaların fəaliyyəti ilə bağlı məsələyə diqqət çəkib.
Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün yeni güzəşt müəyyənləşir. Belə ki, Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman onlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə birdəfəlik müavinət ödəniləcək. Bu müavinət bu Qanunun qüvvəyə mindiyi tarixədək ilk dəfə işə düzələn valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə şamil olunmayacaq. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Sonxeber.net xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir: