Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yığmanın futbolçusu Əbdüləziz öldü - FOTO

Yığmanın futbolçusu Əbdüləziz öldü - FOTO

Tarix: 25 Oktyabr 2024 14:30

Mərakeş yığmasının sabiq futbolçusu Əbdüləziz Barrada vəfat edib.

Sonxeber.net gundem.az-a istinadən xəbər verir ki, bu barədə onun keçmiş klubu PSJ-nin mətbuat xidməti məlumat yayıb.

35 yaşlı Barradanın ölüm səbəbi ürəktutması olub.

Qeyd edək ki, Ə.Barrada 2013-cü ildə Afrika Millətlər Kuboku və 2012-ci il London Yay Olimpiya Oyunlarında Mərakeş yığmasının formasını geyinib. PSJ ilə yanaşı, Fransada "Marsel", Türkiyədə "Antalyaspor" klublarında çıxış etmiş mərakeşli futbolçu karyerasını 2021-ci ildə başa vurmuşdu.


Etiketlər:  Yığmanın futbolçusu Əbdüləziz öldü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ