Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2024 16:38
Ermənistan Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) iştirak etmək üçün xarici işlər naziri Ararat Mirzoyanın adına dəvət alıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu adıçəkilən ölkənin xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib.
O əlavə edib ki, hazırda bu məsələ hökumətdə müzakirə olunur.