Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Aydın Xırdalanlının səsində boğuqluq var idi, çətinlik çəkirdi və qışqırırdı''

''Aydın Xırdalanlının səsində boğuqluq var idi, çətinlik çəkirdi və qışqırırdı''

Tarix: 25 Oktyabr 2024 17:05

Meyxanaçı Vüqar Əbdülov gənc meyxanaçıların qışqıra-qışqıra oxumasını tənqid edib.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda "El canlı" verilişində danışıb. O bildirib ki, indi meyxanaçıların hamısı mərhum meyxanaçı Aydın Xırdalanlını təkrarlayır:

"Yoluxublar. Aydın Xırdalanlının səsində boğuqluq var idi, tonallığı tutmaq üçün çətinlik çəkirdi və qışqırırdı. Sözün altında məna olanda emosiaları da gizlədə bilmirsən. Buna da cavanlar yoluxub. Bir müddət insan belə davam edir, ta özünü tapana kimi. Rəşad Dağlı da o məktəbi davam etdirdi. Deyilənə elə cavab verdilər. Təzə gələnlər də ona yoluxublar. Hərə öz yerini alandan sonra yaxşı olacaq. Zorla deyilən sözün də altında məna olmalıdır".


Etiketlər:  Aydın Xırdalanlının səsində boğuqluq çətinlik çəkirdi qışqırırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ