Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2024 11:24
Dənizkənarı Bulvar İdarəsinə məxsus "Mirvari" gəzinti gəmisi bu gündən fəaliyyətə başlayır.
Bu barədə iqtisadiyyat.az-a İdarənin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva məlumat verib.
Qurum rəsmisi gəmi ilə gəzintiyə çıxmaq üçün müəyyən olunan qiymətlərin dəyişdirilmədiyini söyləyib. Onun sözlərinə görə, "Mirvari" gəzinti gəmisindən istifadə altı yaşına qədər uşaqlar üçün ödənişsizdir, gəminin yerindən və mərtəbəsindən asılı olaraq qiymətlər 5-10 manat arasında dəyişir.
Ə.Mehdiyeva bildirib ki, bu qiymətlər sonuncu dəfə 2015-ci ildə müəyyən olunub və istismar xərcləri artsa da, gəzinti gəmisinin qiymətləri dəyişməz olaraq qalıb.
"Gəminin uzun müddət fəaliyyət göstərməməsi, insanların marağı və s nəzərə alınaraq Dənizkənarı Bulvar İdarəsi tərəfindən qiymətlərin artırılmaması ilə bağlı qərar verilib", - Ə.Mehdiyeva əlavə edib.
Qeyd edək ki, "Mirvari" gəmisi 2013-cü ildə istifadəyə verilib. Üçmərtəbəli gəmi gəzintiyə çıxması üçün 460 nəfəri daşıya bilir. Gəminin iki mərtəbəsi qapalı, bir mərtəbəsi isə açıqdır. Türkiyə istehsalı olan iki mühərrikli gəminin eni 11 metr, uzunluğu isə 49,5 metrdir.
--------
31 oktyabr
Bakı bulvarında gəmi gəzintisi iki illik fasilədən sonra bərpa edilir.
Sonxeber.net bildirir ki, bununla bağlı Dənizkənarı Bulvar İdarəsi sabah - 1 noyabr tarixində geniş ictimai təqdimat keçirəcək.
Qeyd edək ki, Xəzər dənizinin səviyyəsinin enməsi 2022-ci ildən bulvarda gəmi gəzintisinin müvəqqəti dayandırılmasına səbəb olmuşdu.