Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hyundai Motor 2025-ci ilə qədər elektrik nəqliyyat vasitələrinin istehsalına 17 milyard $ sərmayə yatıracaq

Hyundai Motor 2025-ci ilə qədər elektrik nəqliyyat vasitələrinin istehsalına 17 milyard $ sərmayə yatıracaq

Tarix: 4 Dekabr 2019 08:52

Bakı. Trend:

Satış üzrə Cənubi Koreyanın ən böyük avtomobil istehsalçısı olan Hyundai Motor, 2025-ci ilə qədər istehsalın inkişafına 61 trilyon von (51 milyard dollar) sərmayə yatıracaq.

Trend-in məlumatına görə, bu barədə şirkət rəhbərliyinin dekabrın 4-də açıqlama verib.

Genişmiqyaslı investisiyaların məqsədi mövcud müəssisələrin rəqabət qabiliyyətini artırmaq və gələcək texnologiyalara yatırılan investisiyalar hesabına yeni imkanlar yaratmaqdır. Xüsusilə, 20 trilyon von (17 milyard dollar) pilotsuz və elektrik nəqliyyat vasitələrinin inkişafına, təkmilləşdirilməsinə və istehsalına xərclənəcək.

Şirkət açıqlamasında həmçinin qeyd edib ki, 2025-ci ilə qədər əməliyyat mənfəət nisbətini indiki 5%-dan 8%-a qaldırmağı planlaşdırır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Hyundai Motor 2025 ilə qədər elektrik nəqliyyat vasitələrinin istehsalına milyard sərmayə yatıracaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ