Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2024 20:48
ABŞ-da prezidentliyə namizəd Donald Tramp Rusiyanın "Şimal Axını - 2" laiyihəsinin onun tərəfindən məhv edildiyini bildirib.
Sonxeber.net publika.az-a istinadla xəbər verir ki, Tramp amerikalı jurnalist Taker Karlsona müsahibəsində "Rusiyanın dostu olduğu" haqda ittihamları cavablandırıb.
Bildirib ki, Rusiyanın əsas layihələrindən olan "Şimal Axını - 2" layihəsinin baş tutmamasını o təşkil edib.
"Qaz kəmərinin inşasına mən mane oldum və bu layihəni məhv etdim. Bunu 2019-cu ildə tikinci iştirakçılarına qarşı sanksiyalar tətbiq etməklə həyata keçirdim. Bunu məndən başqa heç kim edə bilməzdi. Mənim Rusiyanın dostu olduğumu düşünənlər xəstədirlər", - o deyib.
Qeyd edək ki, Ukrayna müharibəsi başladıqdan sonra "Şimal Axını" və "Şimal Axını-2" qaz kəmərləri partladılıb. Rusiya bu hücumda ABŞ-ın əli olduğunu deyir.