Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu müharibəyə görə yalnız Saakaşvili günahkardır''

''Bu müharibəyə görə yalnız Saakaşvili günahkardır''

Tarix: 1 Noyabr 2024 23:50

2008-ci il müharibəsinə görə yalnız Saakaşvili məsuliyyət daşıyır.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedeyev RT-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya və Gürcüstanın inancı və tarixi birdir.

"Biz tarixən qonşuyuq. Eyni inancımız, eyni tariximiz var. Bu tarix boyu gürcülərə dəfələrlə kömək etmişik. Bəli, bu hadisə olub, amma buna görə məsuliyyət daşıyan başqası deyil, məhz prezidentdir. NATO hərbi blokdur, Avropa İttifaqı kifayət qədər uzaqdadır, ABŞ-ni demirəm hələ... Rusiya isə yaxındır", - deyə Medvedyev vurğulayıb.

Qeyd edək ki, 2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında müharibə olan zaman Rusiyada prezident vəzifəsini Dmitri Medvedeyev, Gürcüstanda isə Mixeil Saakaşvili tutub.


Etiketlər:  müharibəyə görə yalnız Saakaşvili günahkardır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ