Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2024 01:02
Bəzi dünya məşhurları öldükdən sonra da varislərinə sərvət qazandırmağa davam edir. Bu dəfə də 2024-cü ilin ən çox qazandıran ölü məşhurların adları açıqlanıb.
Sonxeber.net baku.ws-ə istinadən həmin məşhurların siyahısını təqdim edir:
1. Maykl Cekson - 600 milyon dollar
Siyahının birinci pilləsində 600 milyon dollarlıq sərvəti olan popun kralı Maykl Cekson dayanır. 2009-cu il iyunun 25-də vəfat edən Maykl Ceksonun ölümündən sonra qazandığı gəlirlərin ümumi həcmi 3.3 milyard dollar olduğu təxmin edilir.
2. Freddi Merkyuri - 250 milyon dollar
"Queen""in solisti dörd il aradan sonra ilk dəfə siyahıya daxilo olub və ikinci yeri tutub.
3. Teodor Seuss Jizel - 74 milyon dollar
"Pulitzer" mükafatlı yazıçı bu il varislərinə 74 milyon dollar qazandırdı.
4. Elvis Presli -50 milyon dolar
1977-ci ildə vəfat edən əfsanəvi müğənni musiqi satışlarından sərvətinə sərvət qatmağa davam edir.
5. Rik Okasik - 45 milyon dollar
Amerikalı musiqiçi Okasikin sərvəti "Primary Wave" ilə imzaladaığı müqavilə sayəsində artmağa davam edir. Okasik "Rolling Stone"un ən sevilən ifası "Just What I Needed" yazıb.
6. Prins - 35 milyon dollar
2016-cı ildə ölən ifaçının daha sonra 3 albomu yayımlandı və 35 milyon dollar sərvətlə siyahıda 6-cıdır.
.7. Bob Marli - 34 milyon dollar
Vəfatından 40 il ötməsinə baxmayaraq onun musiqilərinə hələ də təlıbat var. Filmi "Bob Marley: One Love" nümayiş olunmasından sonra onun da gəliri 34 milyon dollara çatdı.
8. Çarlz M. Şulz - 30 milyon dollar
Amerikalı animatorun sərvəti hazırda 30 milyon dollar təşkil edir.
9. Metyu Perri - 18 milyon dollar
54 yaşında vəfat edən "Friends" ulduzunun gəliri 18 milyon dollardır. O bunu ölümündən sonra müəllif hüquqlarından qazanır.
10. Con Lennon - 17 milyon dollar
Əfsanəvi "Beatles" üzvü hər il gəlir əldə etməyə davam edir. 1980-ci ildə vəfat edən müğənninin sərvəti hazırda 17 milyon dollardır.