Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Harrisin qələbəsi Fələstin üçün daha yaxşı ola bilər” - Mansur

“Harrisin qələbəsi Fələstin üçün daha yaxşı ola bilər” - Mansur

Tarix: 2 Noyabr 2024 09:12

ABŞ prezident seçkilərində Demokratların namizədi Kamala Harrisin qələbəsi Fələstin üçün Donald Trampın hakimiyyətə gəlməsindən daha yaxşı variant ola bilər.

Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mansur danışıb.

O bildirib ki, keçmiş prezident Tramp prezidentliyi dövründə "Fələstin məsələsinə" zərər verən çox şeylər edib.

"Başqa bir namizəd var, Kamala Harris. Ümid edirik ki, o, qalib gəlsə, qlobal mənzərəni daha yaxşı qəbul edəcək və iki dövlətli həll prinsipinə əsaslanan Amerika siyasətinin həyata keçirilməsində fəal rol oynayacaq", - deyə Mansur brifinq zamanı vurğulayıb.


Etiketlər:  Harrisin qələbəsi Fələstin üçün daha yaxşı bilər Mansur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ