Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2024 15:02
İspaniya nəhənglərindən olan "Real Madrid" ardıcıl iki ev oyununda üç və ya daha çox qol buraxaraq məğlub olub. "Kral" klubu bununla son 15 ilin antirekorduna imza atıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, "Real Madrid" İspaniya La Liqasında "Barselona"ya 0:4, Çempionlar Liqasında "Milan"a 1:3 hesabı ilə məğlub olub.
"Kral" klubu son 15 ildə ilk dəfə belə halla üzləşib. "Real Madrid"in ardıcıl iki ev oyununda uduzması və ən azı üç qol buraxması sonuncu dəfə 2009-cu ilin mayında gerçəkləşib.
Belə ki, Xuande Ramosun çalışdırdığı komanda La Liqada iki məğlubiyyət alıb. Öncə "Barselona"ya 2:6 hesabı ilə uduzan "Real Madrid" ardınca "Malyorka"ya 1:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, 4 oyunda 6 xal toplayan "Real Madrid" Çempionlar Liqasının Liqa mərhələsinin turnir cədvəlində 17-ci yerdə qərarlaşıb.