Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Noyabr 2024 17:28
ABŞ-da tibbi araşdırmaların aparıldığı laboratoriyadan 43 meymun qaçıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, polis meymunların yerli əhali üçün təhlükə yaratmadığını bildirib və genişmiqyaslı axtarışlara başlayıb.
Səlahiyyətlilər yerli əhaliyə qapı və pəncərələri bağlı saxlamağı tövsiyə edib.
Meymunların ABŞ-ın Cənubi Karolina ştatında yerləşən "Alpha Genesis" adlı şirkətinə bağlı tədqiqat laboratoriyasından qaçdığı açıqlanıb. Yemassi polisi qaçaq meymunların təxminən 3,2 kq ağırlığında gənc və dişi olduğunu, həmçinin bölgədə tələlərin qurulduğunu, eləcə də meymunların termal kameralarla izləndiyini açıqlayıb.
Yemassi polis rəisi Qreqori Aleksandr mətbuat konfransında bildirib ki, meymunlar yerli sakinlər üçün təhlükə yaratmır.