Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2024 08:08
Göyçayda şəhər mərkəzində yerləşən bazara giriş üçün qiymətlər artırılıb. Əvvəllər kənd təsərrüfatı məhsullarını satmağa gələnlərdən giriş üçün 50 qəpik-3 manat arasında vəsait tələb olunurdusa, indi bu məbləğ 3-4 dəfə artırılıb.
Sonxeber.net bildirir ki, xezerxeber.az-ın məlumatına görə, sakinlər maşınlarını bazardan kənarda saxlayaraq, satmaq üçün gətirdikləri məhsulları əllərində daşımalı olurlar.
Bazara daxil olmaq üçün kimi 2 manat, kimi də 5-7, hətta 12 manat ödəyir.
Satıcıların bəziləri məcbur qalıb 12 manat ödəməklə bazara giriblər.
Məsələ ilə bağlı bazarın nümayəndəsi Coşqun Şərifov bildirib ki, qiymətlərin qaldırılması bir neçə ay əvvəldən olub.
Hazırda bazara maşınla girmək istəyənlər yüklərini əllə aparırlar.