Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2024 23:00
Türkiyənin Elazığ şəhərində baş verən zəlzələdən sonra yer elmləri mütəxəssiz, professor Okan Tüysüz zəlzələ riski yüksək olan bölgələrdən danışıb.
Sonxeber.net olke.az-a istinadən bildirir ki, mütəxəssiz 3 gün ərzində 4 ballıq afterşokların gözlənildiyini deyib.
Bölgədəki ən əhəmiyyətli zəlzələnin 2020-ci ildə baş verdiyini bildirən Tüysüz bu zəlzələnin mənbəyinin Şərqi Anadolu qırılma xətti olduğunu bildirib.
Onun sözlərinə görə, qırılma xətti Elazığdan bir az uzaqda olsa da, buranın torpağı pis olduğu üçün şəhərə ziyan vurur.
Professor 3 yerdəki zəlzələ riskinə diqqət çəkib.
"Ancaq 6 fevral zəlzələsinin bölgədə yaratdığı təsirdən dolayı və tarixi zəlzələlərin təkrarlanma aralığına görə Palu-Bingöl-Yedisu ərazilərinə uzun müddətdir diqqət çəkirik".
Qeyd edək ki, ötən gün Elazığda 5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar ətraf ərazilərdə də hiss edilib.