Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2024 07:24
Almaniya Federativ Respublikasının vitse-kansleri Robert Habek BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 18-də Azərbaycan Respublikasına səfərə gəlib.
Sonxeber.net xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Robert Habeki əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və digər rəsmi şəxslər qarşılayıblar.