Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyənin bu ölkə ilə gərginliyi Bakıya təsir edir

Türkiyənin bu ölkə ilə gərginliyi Bakıya təsir edir

Tarix: 18 Noyabr 2024 22:21

Türkiyənin hava sahəsi İsrail təyyarələrinə bağlı olduğuna görə bu ölkənin prezidenti (İshaq Hersoq) Bakıda keçirilən COP29 tədbirində iştirak edə bilmədi. Halbuki İsrail tərəfi Türkiyə hava məkanının onlar üçün bağlı olduğunu əvvəlcədən bildiyinə görə, bu ölkənin rəhbəri daha uzun məsafə olsa da, fərqli ölkələrin hava sahəsindən istifadə edərək Bakıdakı tədbirə qatıla bilərdi.

Sonxeber.net xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, bütün hallarda son olay Türkiyə-İsrail münasibətlərindəki gərginliyin Azərbaycana da təsir etdiyini göstərdi:

"Bu arada, İsrail-Türkiyə informasiya müharibəsinin son nümunəsi də diqqəti çəkib. Xəbər yayılıb ki, fikir ayrılığına görə HƏMAS təşkilatının siyasi rəhbərliyi Qətər paytaxtı Dohadakı qərargahını tərk etmək məcburiyyətində qalıb. İsrail mediası dərhal xəbər yayıb ki, HƏMAS mərkəzi ofisini Türkiyəyə köçürüb. Bu xəbər ətrafında geniş müzakirələr başlayarkən, Türkiyə Xarici İşlər Nazirliyi yayılan xəbərin həqiqətə uyğun olmadığını açıqlayıb.

Beləliklə, iki ölkə arasında qarşıdurma səngimək bilmir. Bu qarşıdurma nə qədər tez bitərsə, Azərbaycan üçün bir o qədər faydalı olar".

Qeyd edək ki, İsrail Prezidenti İshaq Hersoqun COP29 üçün Bakıya səfəri ləğv edilib. Buna səbəb Türkiyə hava məkanını Hersoqun təyyarəsi üçün açmaması olub.


Etiketlər:  Türkiyənin ölkə ilə gərginliyi Bakıya təsir edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ