Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2024 19:14
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan noyabrın 28-də Astanada keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak etməyəcək.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Armenpress" agentliyinə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
"Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT Təhlükəsizlik Şurasının xarici işlər nazirləri, müdafiə nazirləri və katibləri komitəsinin birgə iclasında iştirak etməyəcək", - o qeyd edib.