Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2024 10:14
Serbiya parlamentində deputatlar arasında dava düşüb.
Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, ölkədə gərginliyə səbəb olan noyabrın 1-də ölkənin şimalındakı Novi Sad şəhərində 15 nəfərin ölümü ilə nəticələnən stansiyada baş vermiş qəzaya görə Serbiya parlamentində hakim partiya ilə müxalifət deputatları arasında atışma və yumruq davası başlayıb.
Belə ki, hakim partiya stansiyada baş vermiş qəzaya görə kimin məsuliyyət daşıdığını müzakirə etmək istəyib, müxalifət depuatatları isə parlamentdə "qan sənin əlindədir" yazılı pankartlar nümayiş etdirərək hadisəylə bağlı hakimiyyəti günahlandırıb.
Xatırladaq ki, noyabrın 1-də Serbiyanın Novi-Sad şəhərində vağzal binasının beton talvarı uçub. Hadisə bərpa işləri zamanı baş verib. Nəticədə 15 nəfər həlak olub. İnsident sözügedən şəhərdə etiraz aksiyalarının keçirilməsinə səbəb olub. Aksiya iştirakçıları hadisədə günahkar olanların cəzalandırılmasını tələb ediblər.
Nərmin Mahmudova