Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2024 21:40
"Yaşamağa getməmişdim. Heç vaxt ağlımda olmayıb başqa ölkədə yaşamaq. Getdim, müəyyən səbəblərdən qayıtmağım uzandı".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni İlhamə Qasımova "Elgizlə izlə" verilişində deyib. Sənətçi uzun illər ABŞ-də yaşamasından danışıb. O bildirib ki, Amerikaya köçmə planı olmayıb, yaşadığı problemlərə görə məcbur orada qalıb.
İlhamə bir müddət əvvəl övladı olması haqda xəbərlərə də aydınlıq gətirib:
"Uşaqları çox sevirəm. Uşaq yaşımdan da uşaq baxmışam: əmimin uşaqları, sonra qardaşımın övladları. Xəbər çıxdı ki, övladım var. Amma yox, qardaşımın övladı idi".