Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2024 21:40
Suriya prezidenti Bəşər Əsədin müxtəlif siyasi qüvvələrlə danışıqlar aparmaq istəməməsi respublikada terrorçu qrupların hücumuna səbəb olub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Əsəd höküməti siyasi proseslərə qoşulmaqdan davamlı imtina etməsi, Rusiya və İrandan asılılığı ilə hazırkı eskalasiyaya şərait yaradıb. Bütün münaqişə tərəfləri BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinin tələb etdiyi kimi danışıqları dəstəkləməli və danışıqlarda iştirak etməlidir", - bəyanatda qeyd edilib.