Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Dekabr 2024 18:54
Cənubi Koreya Prezidenti Yun Sok Yol ölkədə hərbi vəziyyətin tətbiq olunduğunu elan edib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, hərbi vəziyyət Şimali Koreyanın dövlətdaxili işlərə müdaxiləsinin qarşısını almaq və konstitusiya hüququnu bərpa etmək üçün tətbiq olunub.
Həmçinin bildirilib ki, respublikanın Müdafiə Nazirliyi əsas komandirlərin müşavirəsini keçirməyi tapşırıb və sayıqlığın artırılmasına çağırıb.