Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2024 07:40
İsrail Livanda atəşkəsin saxlanmasına sadiq olduğunu, lakin Hizbullah tərəfindən onun pozulmasına qarşılıq verəcəyini açıqlayıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin şimalındakı Nahariya şəhərində danışıb.
"Biz atəşkəsə sadiqik, lakin qarşı tərəfdən atəşkəsin pozulmasına dözməyəcəyik", - Netanyahu bildirib.
Onun sözlərinə görə, noyabrın 2-də Livan sərhədindən ciddi pozuntu baş verib və bunun ardınca İsrail oradakı 20 hədəfə zərbə endirib.