Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2024 11:00
Xalq artisti Mələykə Əsədova ailəsi ilə bağlı üzücü xəbər verib.
Sonxeber.net xəbər verir ki, bu haqda xalq artisti "Gün ortası" verilişində danışıb.
O, bacısı qızında xərçəng xəstəliyi aşkarlandığını bildirib:
"Bu il mənim üçüm çətin keçdi. İl başlayan anda mənim böyük bacım xəstə oldu. Onun müalicəsi ilə məşğul oldum. Bunun üzərindən 1-2 ay keçməmiş bacımın qızı ağır xəstəliyə düçar oldu. Bacımın bir qızı var. Onu demək olar ki, mən böyütmüşəm, yanımda qalıb, universiteti yanımda oxuyub, bitirib. O bu dəqiqə xərçəng xəstəliyi ilə mübarizə aparır. Onun belə olması mənə çox pis təsir etdi. Amma biz yenə də hər günümüzə şükür deyirik. Ruhum yorulur amma mən güclüyəm. Səhnəyə çıxanda, tamaşaçıların sevgisini görəndə şükür edirəm ".