Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''OPEC+'' ölkələri razılığa gəlldi - 2026-cı ilin sonunadək...

''OPEC+'' ölkələri razılığa gəlldi - 2026-cı ilin sonunadək...

Tarix: 5 Dekabr 2024 19:12

OPEC+ ölkələri 2026-cı ilin sonunadək 39,7 mln. barrel həcmində gündəlik xam neft hasil edilməsi ilə bağlı razılaşma əldə edib.

Sonxeber.net xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Bu müddətdə Azərbaycanın hasilat kvotası dəyişməz qalacaq. Lakin 8 ölkə 2023-cü ilin aprel ayında elan edilmiş gündəlik 1,65 mln. barrel əlavə könüllü öhdəliklərini 2026-cı ilin dekabrın, 2023-cü ilin noyabrında elan edilmiş gündəlik 2,2 mln. barrel əlavə könüllü ixtisarlarını isə 2025-ci ilin martın sonuna qədər davam etdirəcəklər. Bu ölkələrin 2,2 mln. barrelik ixtisarları 2026-cı ilin sentyabrın sonuna qədər aylıq olaraq mərhələli şəkildə ləğv ediləcək. "OPEC plus"un bu razılaşmaları qlobal neft bazarının dayanıqlığının təmin edilməsi və neft sənayesinin davamlı inkişafına dəstək verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir", - deyə P.Şahbazov qeyd edib.


Etiketlər:  OPEC ölkələri razılığa gəlldi 2026 ilin sonunadək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ