Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2024 19:20
Xalq artisti Tünzalə Ağayeva yeni il ərəfəsində tamaşaçılarını sevindirib.
Sonxeber.net xəbər verir ki, pop ulduz "Paşa Malls"un təşkilatçılığı ilə "Port Baku New Year Village" adlı yeni il yarmarkasının açılışını edib. İlk mahnıdan sonra gerisayım başlanılıb və şam ağacının işıqları yandırılıb.
Hər zaman fərqli görünən estrada ulduzu bu dəfə ağ qara tonlarında olan tulum və bordo kürkdən istifadə edib.
Bir saat boyunca ən hit mahnılarını sevənlərinə ərmağan edən Xalq artisti həmin gecə zamanı xəstə olduğunu bildirib, amma buna baxmayaraq möhtəşəm çıxış nümayış etdirib.
Sevənləri də onunla birlikdə bütün mahnıları əzbərə söyləyiblər.
Tədbirin sonunda kövrək məqamlar yaşanıb. Xalq artisti repertuarının ən zəngin ifalarından olan "Mən Azərbaycanlıyam" mahnısını ifa edəndən sonra kövrəlib ağlayıb.
Qeyd edək ki, sözügedən yarmarka dekabrın 1-dən yanvarın 5-dək davam edəcək.