Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ATƏT-in Minsk qrupunun ləğvi qurumun effektiv fəaliyyətini təmin edəcək - XİN rəhbəri

ATƏT-in Minsk qrupunun ləğvi qurumun effektiv fəaliyyətini təmin edəcək - XİN rəhbəri

Tarix: 5 Dekabr 2024 20:03

ATƏT-in Minsk qrupunun ləğvi qurumun effektiv fəaliyyətini təmin edəcək.

Sonxeber.net xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-nin Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında çıxışına dair XİN-in "X" hesabındakı paylaşımda deyilir.

Nazir ölkəmizin dünyada sülh, təhlükəsizlik, dialoq və əməkdaşlığın əsasını təşkil edən Helsinki Yekun Aktı da daxil olmaqla, ATƏT sənədlərində göstərilən əsas norma, prinsip və öhdəliklərini yerinə yetirdiyini bildirib.

XİN rəhbəri çıxışında beynəlxalq hüququn pozulması, eləcə də Avropada islamafobiya daxil olmaqla etnik və dini dözümsüzlüyün mövcudluğu kimi faktlara diqqət çəkib.

Ceyhun Bayramovun toxunduğu növbəti məsələ isə ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı olub. Nazir deyib ki, bu addım qurumun effektiv fəaliyyətini təmin edəcək.

Azərbaycanın XİN başçısı iştirakçılara Azərbaycanla Ermənistan arasında mövcud birbaşa dialoqun uğurlu nəticələrindən, habelə Ermənistanın Konstitusiyasında ölkəmizə qarşı mövcud olan ərazi iddialarından da danışıb.

Ceyhun Bayramov sonda beynəlxalq ictimaiyyəti regionda vəziyyətin gərginləşməsinə yönələn təxribatçı addımlardan çəkinməyə çağırıb.


Etiketlər:  ATƏT Minsk qrupunun ləğvi qurumun effektiv fəaliyyətini təmin edəcək XİN rəhbəri


RƏYLƏR