Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Manatın məzənnəsini ilə bağlı vacib AÇIQLAMA

Manatın məzənnəsini ilə bağlı vacib AÇIQLAMA

Tarix: 7 Dekabr 2024 10:16

Beynəlxalq reytinq agentliyi "S&P Global Ratings"in proqnozlarına görə, Azərbaycan ən azı 2028-ci ilin sonuna qədər manatın ABŞ dollarına de-fakto bağlılığını 1,7 manat səviyyəsində saxlayacaq.

Sonxeber.net xəbər verir ki, analitiklər bu vəziyyəti manat üzərindəki təzyiqlərin əhəmiyyətli dərəcədə azalması ilə izah edirlər.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı 2017-ci ildə inflyasiyanı nəzarətdə saxlamaq məqsədilə milli valyutanın ABŞ dollarına məzənnəsini 1,7 manat səviyyəsində sabitləşdirib.

Xatırladaq ki, Niderlandın ING bankının və Asiya İnkişaf Bankının analitikləri də milli valyutanın dollarla bağlılığının 2026-cı ilə qədər davam edəcəyini gözləyirlər. Azərbaycan İqtisadiyyat Nazirliyi isə manatın ABŞ dollarına bağlılığının ən azı 2028-ci ilin sonuna qədər 1,7 manat səviyyəsində qalacağını proqnozlaşdırır.


Etiketlər:  Manatın məzənnəsini ilə bağlı vacib AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ